- Baxış sayı: 78
- 03 Fevral 2026 14:21
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0

Tailandın paytaxtı Banqkokda boks üzrə 2-ci dünya olimpiya təsnifat davam edir. Allsport.az xəbər verir ki, yarışın 9-cu günündə Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.
Zeynəb Rəhimova (54 kq) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. Qələbə qazanacağı halda, Paris-2024-ə növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
Yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.