Zidan Hümbətov yarımfinalda

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, görüşlərin nəticəsinə əsasən Azərbaycan yığmasının daha bir idmançısı adını yarımfinala yazdırıb.

Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq.

Zidan yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

“Adriatik incisi”ndə daha 3 boksçu yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbəyova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.

Həmin kateqoriyadan