- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 81
- Aprel 23, 2025
- 0
Sablya üzrə millimiz Ankarada U-10, U-12 və U-14 yaşlı idmançılar arasında keçirilən açıq turnirdə iştirak ediblər.
Allsport.az saytı xəbər verir ki, 14 yaşadək qız qılıncoynadanların yarışında ən yaxşı göstərici Zərifə Hüseynovda olub. O, 112 iştirakçının qatıldığı turnirdə 12-ci yeri tutub. Xədicə Şamilova 26, Afət Mursqulova isə 50-ci olub.
12 yaşadək oğlanların mübarizəsində Murad Muradov 172 sablyaçı arasında 52-ci nəticə göstərib. 168 iştirakçının qatıldığı 14 yaşlılarda yarışında Ayxan Xasiyev 12-ci, Murad Muradov 38-ci və Nurlan Zeynallı 108-ci yeri tutublar.