15 yaşında baş məşqçisi tərəfindən zorlanılıb

Ukraynalı tennisçi Yuliya Vakulenko 15 yaşında başına gələnlər haqda açıqlama verib.

Allsport.az xəbər verir ki, o, 41 yaşlı məşqçisinin onu təqib etməsindən danışıb:

“Baş məşqçi hər şeyi bildiyini söylədi. Beləliklə, tennis dünyasını başa düşməyən anam ona səlahiyyət verdi. O, hər şeyi, hətta otel rezervasiyalarını belə təşkil edirdi. Parisdə eyni otaqda yaşayacağımıza qərar verən də o idi.

Eyni otaqda yaşayırdıq. Yanımda uzanırdı, sığal çəkirdi, məni özünə sıxırdı. Çox sevdiyini, onun olduğumu, onun həyat yoldaşı olacağımı, onun sayəsində çempion olacağımı deyirdi. Həmişə, hətta cinsi əlaqələrdə belə, təslim olmaq məcburiyyətində qalırdım. Mən onun “qulu” idim, çox əziyyət çəkirdim. Özümə nifrət etməyə başlayırırdım və “Bu mənim günahımdır, çünki mən çox gözələm” deyirdim. Gündəlik həyatım kabus idi, səhərin açılmasını istəmirdim”.

İndi Yuliyanın 41 yaşı var. O, son matçını 2009-cu ildə 25 yaşında keçirib.

Həmin kateqoriyadan

azenrutr