FOTO
2-ci Vətən müharibəsinin iştirakçısı olan idman jurnalistləri ilə görüş

Azərbaycan idman jurnalistləri federasiyasının idarə heyəti 2-ci Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri – Anar Miriyev (“İki sahil” qəzeti), Mehman Əşrəfov (Sportal.az) və Süleyman Vəliyevlə (CBC Sport) görüş keçirib.

Allsport.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti Qabil Mehdiyev, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Qarabağ savaşında iştirakın böyük şərəf olduğunu vurğulayaraq, idman jurnalistlərinə təşəkkür edib. Əməkdar jurnalist döyüşlərdə iştirak etmiş media nümayəndələrinə bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Müharibə iştirakçıları AİJF rəhbərliyinə təşəkkür edərək şəhid olmuş döyüş yoldaşlarını xatırlayıb, onları anıblar. Döyüş iştirakçısı olan jurnalistlər zəfər tarixinin bir parçası olmağıyla şərəf duyduqlarını qeyd ediblər. Həmçinin, idman junalistləri döyüş xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.

Görüşdə 2-ci Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinə AİJF-nin “İdman mediasının fəxri” mükafatı, xatirə hədiyyəsi və Azərbaycanın ilk milli idman geyim brendi “İL AZERO”dan geyim də təqdim edilib.

Нет описания фото.
На изображении может находиться: 2 человека, в том числе Qabil Mehdiyev, люди стоят

Həmin kateqoriyadan