- Baxış sayı: 100
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Tunisdə qadın sablyaçıların dünya kuboku mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz həm şəxsi, həm də komanda yarışında mübarizə aparıb.
Bizdən ən yaxşı göstəriciyə 2 nəfər nail olublar. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-ündə qələbə qazanan Anna Başta 1/32 finala qədər irəliləyib, burada fransalı Marqauks Rifkissə 13:15 uduzub.
Qrupda 5 qarşılaşmada sevinən Valeriya Bolşakova 1/32 finalda polşalı Angelika Vatora 11:15 yenilib.
Digər sablyaçımız Səbinə Kərimova və Sevil Bünyatova pley-offda dayanıblar. Komanda yarışında millimiz 1/16 finalda türkiyəli həmkarlarına 43:45 məğlub olub.