- Baxış sayı: 226
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Yeniyetmə sablyaçılardan ibarət millinin üzvü Zərifə Hüseynova Bolqarıstan paytaxtı Sofiyada şəhərində keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa vuran qılıncoynadanımız, finala gedən yolda Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşa təmsilçilərini sıradan çıxarıb.
Həlledici görüşdə yerli Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək 23 ölkədən 213 iştirakçı arasında qalib olub.