24 pillə gerilədi

Qadın tennis assosiasiyası noyabrın 27-də yenilənmiş reytinq cədvəlini dərc edib.

Allsport.az xəbər verir ki, dünyanın ən yaxşı tennisçilərinin zirvəsində heç bir dəyişiklik baş verməyib. Polşa təmsilçisi İqa Szviatek liderdir, belaruslu Arina Sabalenka ikinci, amerikalı Kori Qauff isə ilk üçlüyü tamamlayır.

Rusiyalı Lyudmila Samsonova, Daria Kasatkina və Veronika Kudermetova ilk 20-likdəki yerlərini qoruyublar. Diana Şnayder 65-ci yerdən 89-cu yerə enib, Anna Kalinskaya bir pillə yüksələrək hazırda 76-cı yeri tutur.

Həmin kateqoriyadan