- Baxış sayı: 33
- 13 Aprel 2025 22:21
- Baxış sayı: 4
- Aprel 14, 2025
- 0
Buenos Ayres-2018-də yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında taekvondoçuların çıxışları başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarımfinalda yenilən Cavad Ağayev (63 kq) bürünc medalla kifayətlənib. Digər təmsilçimiz Minayə Əkbərova (44 kq) medalsız qalıb.
Bu növdə mübarizəni bizimkilərdən yaxından azarkeşlik ediblər. Azərbaycan nümayəndə heyətində gənclər və idman naziri Azad Rəhimov, idman şöbəsinin müdiri Fərid Mansurov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, menecer Mehman Kərimov və başqaları yer alıblar.