- Baxış sayı: 41
- 31 Mart 2025 20:32
- Baxış sayı: 60
- Mart 24, 2025
- 0
Antalyada keçirilən yeniyetmə və gənclərin qılıncoynatma üzrə Avropa birinciliyində ikinci yarış gününə yekun vurulub.
Allsport.az xəbər verir ki, Abbas Hüseynov yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında 12-ci olub.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran Abbas bu nəticə sayəsində ən güclü 32-liyə yüksəlib. Bu mərhələdə rumın rəqibini mübarizədən kənarlaşdıran sablyaçı ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İtaliya təmsilçisinə məğlub olub.
Qız şpaqaçıların şəxsi yarışında Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasova qrup mərhələsini uğurla adlasa da, ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.