- Baxış sayı: 51
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rusiyalı tennisçi Yekaterina Aleksandrova, Brisbendə (Avstraliya) mükafat fondu 1,7 milyon dollar olan WTA-500 kateqoriyalı ağır turnirin 2-ci raundunu keçə bilməyib.
Allsport.az xəbər verir ki, çərşənbə günü dünyanın 21-ci raketkası reytinqdə 137-ci yeri tutan argentinalı Culiya Rieraya uduzub. 1 saat 21 dəqiqə davam edən oyun 6:3, 6:4 hesabı ilə başa çatıb.
Rieranın növbəti rəqibi rumıniyalı Sorana Cirsteanı (6:4, 4:6, 6:4) nokaut edən Çex Respublikası təmsilçisi Linda Noskova olacaq.