- Baxış sayı: 46
- 13 İyun 2025 16:49
- Baxış sayı: 124
- İyun 15, 2025
- 0
“Aston Martin”in pilotu Fernando Alonso açıqlama verib. Allsport.az xəbər verir ki, ispaniyalı sürücü 2026-cı ildə üçüncü dəfə dünya çempionu olmaq istədiyini bildirib:
“Məqsədimiz 2026-cı ildir. Düzgün istiqamətdə hərəkət edirikmi? 2026-cı ilin fevralına qədər bunu bilməyəcəyik, amma indi tarixin ən yaxşı mühəndisi Adrian Nyuey bizimlədir.
Amma təəssüf ki, bizi bu il hələ 19 yarış gözləyir. Orada nəticələrin xeyrimizə olmayacaq, xal qazanmayacağıq”.
2026-cı ildə Formula-1-in yeni reqlamentinə əsasən, aktiv aerodinamikanın tətbiqi ilə yanaşı, elektrik mühərrikinin gücünün yeni mexaniki idarəetmə rejimi sayəsində ötmə imkanları genişləndiriləcək.