“Andreyeva ilə matç çətin olacaq”

İtaliyalı tennisçi Yasmine Paolini Fransa açıq çempionatının yarımfinalında rusiyalı Mirra Andreyeva ilə görüşdən gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, 1/4 final mərhələsində Paolini qazaxıstanlı Yelena Rıbakinanı, 17 yaşlı Andreeva isə dünyanın 2-ci raketkasi belaruslu Arina Sabalenkaya qalib gəlib.

“Andreyeva ilə matç çətin olacaq. Mən ona qarşı Madriddə oynamışam və o, həqiqətən də əla oyunçudur. O, çox gəncdir, amma əqli cəhətdən çox güclüdür və çox yaxşı müdafiə edə bilir. Onun da layiqli xidməti var. Ona görə də asan oyun olmayacaq. Ancaq biz yarımfinaldayıq, burada asan matçlar gözləmək olmaz”.

Həmin kateqoriyadan