- Baxış sayı: 104
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə “Satellite” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, qadınların şəxsi yarışında Anna Başta gümüş medal qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran qılıncoynadan, finalda gürcüstanlı Lika Jijieşviliyə 12:15 uduzub.
Qrup mərhələsində 6 qələbə qazanan Valeriya Bolşakova 1/4 finala qədər irəlilələyib. Bu mərhələdə o, Anna Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub. Digər qadın sablyaçılarımızdan Sevil Bünyatova və Səbinə Kərimova mübarizəni 1/8 finalda dayandırıblar.
Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. 1/16 finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən Cavanşir,1/8-də bolqarıstanlı İvan Mandova uduzub (10:15).