- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 76
- Aprel 20, 2025
- 0
Antalyada keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyində şpaqaçı qızların və sablyaçı oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib.
Allsport.az xəbər verir ki, qız şpaqaçıların şəxsi yarışında Nazilə Rəhimova ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada məğlub olub.
Xədicə Həsənli, Aynur Quliyeva və Nəzrin Mehdiyeva isə mübarizəni qrup mərhələsində dayandırıb.
Oğlan sablyaçıların şəxsi yarışında Rəsul Əliyev və Abbas Hüseynov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar.
Ayxan Xasiyev və Timur Hüsnəddinov isə mübarizəni qrup mərhələsində başa vurub.