- Baxış sayı: 68
- 15 Dekabr 2025 15:34
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

İstanbulda 17 yaşlı yeniyetmə sablyaşılar arasında “Cadet circuit” keçirilir. Allsport.az xəbər verir ki, qılıncoynadanımız Abbas Hüseynov 150-dən çox oğlan sablyaçıların yarışdığı şəxsi mübarizədə gümüş medal qazanıb.
Qrup mərhələsində keçirdiyi bütün görüşlərdə (5 qələbə) qalib gələn Abbas pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Abbas finalda Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq “Cadet circuit”in İstanbulda keçirilən mərhələ yarışında gümüş medala layiq görülüb.