- Baxış sayı: 79
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0
Azərbaycan qılıncoynadanı Səbinə Mikina birinci Avropa Oyunlarına Moskvada hazırlaşır. Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədov “Azərtac”a məlumat verib.
Məmmədov deyib: “Səbinə Mikina hazırda Rusiya milli komandası ilə birgə təlim-məşq toplanışındadır. Toplanışa aprelin 12-də yekun vurulacaq və idmançı Çində keçiriləcək turnirdə qüvvəsini sınayacaq”.
Qeyd edək ki, idmançı qılıncoynatmanın sabliya növündə birinci Avropa Oyunlarında çıxış edəcək.