- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvləri növbəti uğura imza atıblar. Allsport.az xəbər verir ki, idmançılarımız Portuqaliyada təşkil olunan nüfuzlu yarışda 2 qızıl və 1 bürünc medal əldə ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Troféu CAR Anadia” turnirində 10 ölkənin 100-dən artıq idmançısı mübarizə aparıb. Qızıl medallar yığma komandamızın lideri Olqa İsmayılovanın aktivindədir – həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan velosipedçimiz hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Troféu CAR Anadia” turniri yığmamızın gənc üzvü Nicat Niftəliyev üçün xüsusilə əlamətdar olub – 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan velosipedçimiz 200 metr məsafəyə sprint yarışında bürünc medal əldə edib. Qeyd edək ki, bu gələcəyinə böyük ümidlər bəslənilən 18 yaşlı Nicatın beynəlxalq yarışlarda qazandığı ilk medaldır.