- Baxış sayı: 43
- 18 Noyabr 2024 10:00
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Əlişir Osmanov daha 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, o, qurumun Moskvada keçirilən konqresi zamanı bu kürsüyə yeganə namizəd olub. Reqlamentə əsasən, rəqibi olmadığı üçün, seçki keçirilməyib və bütün nümayəndələrin ümumi razılığı əsasında özbəkistan əsilli milyonçu vəzifəsində qalıb.
Qeyd edək ki, Əlişir Osmanov FİE-yə 2008-ci ildən rəhbərlik edir. Rusiyanın böyük sahibkarlarından olan iş adamı ölkənin müstəqil antidopinq komissiyasının üzvü, İngiltərənin “Arsenal” klubunun səhmdarlarındandır. Bununla yanaşı, konqresdə 2019-cu ilə planlaşdırılan dünya çempionatının Macarıstanın paytaxtı Budapeştdə, gənclər arasında 2018-ci il mundialınin İtaliyanın Verona şəhərində təşkil edilməsi qərara alınıb.