- Baxış sayı: 49
- 16 Dekabr 2025 23:30
- Baxış sayı: 130
- Dekabr 16, 2025
- 0

Bu gün paytaxtda “Mənim polisim” adlı sosial tədbir keçirilib. Bakı şəhər gənclər və idman baş idarəsindən allsport.az-a bildiriblib ki, layihə 2 iyul – Azərbaycan Polisi gününə həsr olunub.
“Mənim polisim” adlı aksiya çərçivəsində Formula1 qran-prisinin, 4-cü İslam həmrəyliyi oyunlarının, Avropa gənclər yay olimpiya festivalının könüllüləri, BŞGİBİ-nin, paytaxtın gənclər və idman idarələrinin əməkdaşları iştirak ediblər
Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında COVID-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyi və dəstək ifadə edilib.





