- Baxış sayı: 119
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Bu gün Dubayda yeniyetmə və gənclərin dünya birinciliyində meydan şpaqaçılara verilib. Allsport.az saytı xəbər verir ki, gənc oğlanlarda qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev, pley-ofda ilk görüşdə isveçrəli Dieqo Erbettaya 15:11 qalib gəlib. O, 32-liyə yüksəlmək üçün koreyalı Kim Jungbeoma 6:15 hesabı ilə məğlub olub.
Qızların şəxsi yarışında qrupu 3 qələbə ilə bitirən Xədicə Həsənli, pley-offda portuqaliyalı Mariya Alvimə 9:15 məğlub olub. Qrupda 2 qələbəsi olan Alfiyə Abdinova isə, pley-ofda eston Anneli Proosvaliyə yenilib. Qrupda 1 qələbəsi olan Nazilə Rəhimova növbəti mərhələyə adlaya bilməyib.