- Baxış sayı: 100
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Dubayda yeniyetmə və gənc qılıncoynadanların dünya birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sablyaçı oğlanlarda Maqsud Hüseynli qrup mərhələsini 2 qələbə ilə başa vurub.
Pley-ofda braziliyalı Fernando Façinə (15:11), sonra Qazaxıstan təmsilçisi Bexultan Abzala (15:12) qalib gəlib. O, Hüseynli 16-lığa yüksəlmək uğrunda görüşdə Pietro Torreyə 6:15 uduzub.
Qrup mərhələsini adlaya bilməyən Murad Əkbərov və Saleh Məmmədov isə mübarizəni erkən başa vurublar.
Gənc qız sablyaçılarda qrup mərhələsini 3 qələbə ilə bitirən Sofiya Mamina, pley-offa yüksəlsə də, 64-lüyə yüksəlmək üçün yunanıstanlı Aleksandra Papapetropoulouya 13:15 yenilib.