- Baxış sayı: 45
- 19 Yanvar 2025 18:40
- Baxış sayı: 180
- Yanvar 19, 2025
- 0
5-15 oktyabrda Qətər paytaxtında həvəskar kişi bokçuların dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya lisenziya verən yarışa maraq böyükdür.
Dohada 23 rinq ustası Brazaliyaya yollanmaq imkanı qazanacaq. Bunlar 91 və +91 kq-da çempionlar, 46-49, 52, 81 kq-da finalçılar, 56, 60, 64, 69, 75 kq-larda ilk 3 yeri tutanlar olacaq.
Mililmiz bu sınağa ciddi hazırlaşır. Meksikada təlim-məşq toplanışında olan komandamız, çalışmalarını paytaxta davam etdirir.
Xatırladaq ki, AİBA-nın WSB liqasında keçirilən yarışda 60 kq-da reytinqdə 1-ci olan Albert Səlimov Rio oyunlarına vəsiqəyə yiyələnib. Mütəxəssislərin rəyinə görə, Bakı-2015-də uğurlu çıxış edərək, 6 qızıl, 2 gümüş 2 bürünc medal qazanan kişilərdən ibarət boksçularımız yaxşı formadadır.