- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 57
- Aprel 23, 2025
- 0
Bu gün Azərbaycan və Rusiya qılıncoynatması üçün əlamətdar gündür. Allsport.az saytı xəbər verir ki, noyabrın 15-də rapira üzrə 2-qat olimpiya çempionu İlqar Məmmədovun 50 ililk yubileyidir. Həmyerlimiz 1965-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib.
Rapiraçının idman karyerası çox zəngindir. 4 dəfə olimpiya oyunlarının (1988, 1992, 1996, 2000) iştirakçısı olan İlqar Məmmədov, bunlardan ikisində qalib gəlməyi bacarıb. O, ölkəmiz adından Seul-1998, Rusiya millisindən Atlanta-1996-da komanda hesabında qızıl medala sahib çıxıb.
Həmvətənimiz 1989-cu ildə ABŞ Denver şəhərində keçirilən dünya çempionatında SSRİ yığması ilə baş mükafatı qazanıb. Onun həyat yoldaşı Yelena Jemayeva sablyaçı qadınlar arasında Avropa və 2-qat dünya çempionudur.
İlqar Məmmədov 2012-ci ildən Rusiyanın qılıncoynatma üzrə seçmə komandasının baş məşqçisidir. Onun rəhbərliyi ilə şimallılar son 11 ildə ilk dəfə 3 qızıl, 5 gümüş və 3 bürünc mükafata yiyələnib; həmçinin komanda hesabında və Millətlər kubokunda qalib gəlib.
Həmyerlimizin Milena və Ayla adında 2 qızı var. Yubiliyarın atası ölkəmizin tannımış qılıncoynamta mütəxəssisi Yaşır Məmmədovdur. Onnu da titullarını saymaqla yetməz.