- Baxış sayı: 45
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Məşhur tennisçi Novak Cokoviç karyerasında qazana biləcəyi 100-cü titulundan danışıb.
Allsport.az xəbər verir ki, serbiyalı idmançı Çinin Şanxay şəhərində keçirilən turnirdə buna yaxın olsa da, finalda italiyalı Cannik Sinnerə uduzub.
“Qazansam, bu, bonus olacaq. Əlbəttə ki, mən bunun olmasını istərdim, amma bu, ölüm-dirim məsələsi deyil. Düşünürəm ki, karyeramda əsas şeyə artıq nail olmuşam.
Nə qədər ki, bu həftə göstərdiyim səviyyədə oynayıram və ciddi rəqiblərlə rəqabət apara biləcəyimə inanıramsa, özümdə davam etmək məcburiyyəti hiss edəcəm. Daha nə qədər oynaya biləcəyimi deyə bilmərəm”, – Cokoviç mətbuat konfransında deyib.