Cavid Çələbiyev: “Hakimlərin haqsızlığı oldu”

“Qələbə gözləyirdim. Mənə elə gəlir ki, burada hakimlərin haqsızlığı oldu”. Allsport.az saytı xəbər verir ki, bunu boksçumuz Cavid Çələbiyev deyib. Dünya çempionumuz Tokio-2020 1/8 finalında ermənistanlı Ovanes Baçkovla döyüşünü şərh edib:

“1-ci raundu qazanmışdım. 2-ci hissəni də hesabıma yazmışdım. Ancaq hakimlərin haqsızlığı oldu. Olimpiya oyunlarında həmişə belə hal yaşanır. Yenə də haqsızlıqla qarşılaşdıq.

Mən birinci və ikinci raundu təmiz aparmışdım. Sadəcə yekunda qələbəni qarşı tərəfə verdilər. Bu hakimlərin bir daha haqsızlığından irəli gəlir”. 

Həmin kateqoriyadan