- Baxış sayı: 51
- 22 Mart 2026 14:21
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Dünyanın beşinci nömrəsi Cessika Pegula 2024-cü ildə Avstraliya açıq turnirində çıxışını tamamlayıb.
Allsport.az xəbər verir ki, 2-ci turda amerikalı VTA reytinqində 51-ci olan fransalı Klara Burelə uduzub. 1 saat 12 dəqiqə davam edən görüş 4:6, 2:6 hesabı ilə başa çatıb.
Burel turnirin növbəti mərhələsində həmyerlisi Osean Dodenlə qarşılaşacaq.