Cokoviç mövsümə Avstraliyada başlayacaq

“Böyük dəbilqə” yarışlarının 24-qat qalibi Novak Cokoviç 2025-ci il mövsümünə dekabrın 30-dan yanvarın 5-dək Avstraliyanın Brisben şəhərində keçiriləcək ATP-250 turnirində başlayacaq.

Allsport.az xəbər verir ki, serbiyalı tennisçi ilk dəfə bu yarışlarda iştirak edəcəklər.

Cokoviçdən başqa, Qriqor Dimitrov, Holger Rune,Matteo Berrettini, Frensis Tiafo, Sebastyan Korda, Reyli Opelka, eləcə də Nik Kiryos, Aleksey Popırin və başqaları mübarizə aparacaq.

Turnirin hazırkı çempionu Dimitrovdur. O, ötənilki finalda Holger Runeni 7:6 (7:5), 6:4 hesabı ilə üstələyib.

Həmin kateqoriyadan