- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 114
- Fevral 06, 2026
- 0

Dünyanın bir nömrəsi Novak Cokoviç Avstraliya açıq çempionatında çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, yarımfinalda o, italiyalı Yannik Sinnerə uduzub. 3 saat 25 dəqiqə davam edən qarşılaşma 6:1, 6:2, 6:7 (6:8), 6:3 hesabı ilə dünyanın 4-cü raketkasının xeyrinə başa çatıb. Cokoviç cari turnirdə Sinnerdən set götürən ilk tennisçi olub.
Finalda Sinner, Danil Medvedev – Aleksandr Zverev cütünün qalibi ilə qarşılaşacaq.