- Baxış sayı: 70
- 21 Yanvar 2026 11:11
- Baxış sayı: 96
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, Banja Lukada (Bosniya və Herseqovina) keçirilən ATP-250 kateqoriyalı tennis turnirində 22-qat “Böyük dəbilqə” çempionu, dünyanın “1 nömrə”si Novak Cokoviçin ilk rəqibi müəyyənləşib. Novak 18 yaşlı fransız tennisçi Luka Van Aşla (dünyanın 87-ci raketkaçısi) qarşılaşacaq.
İlk turda Van Aş 1:6, 7:6 (7:4), 6:4 hesabı ilə TBS-in 3-qat qalibi, keçmiş dünya 3-cüsü isveçrəli Sten Vavrinkaya qalib gəlib . Onların görüşü 2 saat 44 dəqiqə davam edib.
Banja Lukada keçirilən yeni turnirin mükafat fondu 562 815 avrodur. Yarış aprelin 23-dək davam edəcək.