Devis kubokunun final mərhələsi üçün İspaniya millisinin heyətinə daxil ediliblər

İspaniya millisinin Devis kubokunun final mərhələsi üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, oyunlar Malaqada baş tutacaq.

Meydan sahiblərində heyətə Rafael Nadal, Karlos Əlqərəz, Roberto Bautista Aqut, Pablo Karreno Busta və Marsel Qranollers daxil edilib.

1/4 finalda İspaniya seçməsi Niderlandla qarşılaşacaq. Turnir noyabrın 19-dan 24-dək keçiriləcək.

Həmin kateqoriyadan