- Baxış sayı: 4
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Bu həftə mətbuatda baş məşqçi Arif Əsədovun mümkün istefası ilə bağlı xəbərlər yayıldı. Bu məsələ doğrudan da klubunuzda gündəm təşkil edir?
– Komandamız hazırda vacib bir oyuna hazırlaşır. Belə məsələlər həmişə qaldırılır. Amma mənim fikrimcə, bu tipli xəbərlər məşqçilər korpusundakı, komandadakı ab-havaya təsir etmək üçün ortaya atılır.
– Ernest Nforla bağlı vəziyyəti necə şərh edərdiniz?
– Onun əsas komandadan uzaqlaşmasının səbəbi məşqlərə münasibətidir. Məşqlərdə tam gücü ilə çalışmır. Üstəlik, o, klubun intizam qaydalarını pozub. Biz onunla söhbət etdik və müəyyən müddətə əvəzedici komandaya göndərdik.
– O, artıq əvəzedici heyətdə qol da vurmağa imkan tapıb…
– Görünür, yenidən məşqçilər korpusunun rəğbətini qazanmaq istəyir ki, əsas komandaya qayıtsın.
– Lider “Qarabağ”la aradakı xal fərqi böyüməkdədir. Hələ də çempionluq şansınızın qaldığına inanırsınız?
– “Qarabağ” necə çempionatın lideri oldusa, biz də mövsümü çempion kimi başa vura bilərik. Çünki qarşıda hələ çox oyun var. Əlbəttə, fərq böyükdür. Amma “Neftçi” də həmişə çempionluq uğrunda mübarizə aparan komandadır.
– Belə bir informasiya yayılıb ki, “Neftçi”nin bazası dövlətin planında olan torpaqlara düşür və buna görə oranı tərk etməli olacaqsınız. Bu xəbər nə dərəcədə doğrudur?
– Bizə bununla bağlı heç bir rəsmi sənəd gəlməyib. Bunu ancaq jurnalistlər deyirlər.