- Baxış sayı: 231
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Beynəlxalq qılıncoynatma federasiyasının ilin yekunlarına həsr olunan konqresi 20 ildən sonra beynəlxalq olimpiya komitəsinin yarandığı İsveçrənin Lozanna şəhərində baş tutub. Allsport.az xəbər verir ki, 300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı “SwissTech Convention” mərkəzində keçirilib.
FİE-nin prezidenti Əlişir Osmanov tədbir iştirakçılarını salamladıqdan sonra İOC-un rəhbəri Tomas Bax onfolimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib. Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Eyni zamanda, 2022-ci ildə keçiriməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb. Toplantıda ölkəmizi AQF-in baş katib Vasif Məmmədov təmsil edib. Hazırda FİE-yə 157 ölkə üzvdür.