Gənc basketbol liqası başladı

Bakı idman sarayında 3×3 basketbol üzrə gənc basketbol liqasının qrup oyunları keçirilib.

Allsport.az xəbər verir ki, 20 komandanın iştirakı ilə baş tutmuş liqanın ilk mərhələsində 10 komanda mübarizəni elə qrupdaca dayandırıb. Qruplarda uğurlu nəticə əldə etmiş Xəzər, BMU 2, İdman Akademiyası, AzTU, Xəzər 2 və İdman Akademiyası 2 komandaları birbaşa liqanın 1/4 final mərhələsinə yüksəliblər. Bu komandalardan əlavə, ATU 2 (Gəncə) – ADNSU 2 və AzTU 2 – Torpaq cütlərinin qalibləri də, 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.

Gənc basketbol liqasının 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final oyunları da bu gün baş tutacaq.

Həmin kateqoriyadan