Ardıcıl 2-ci dəfə

“Arsenal” ardıcıl 2 mövsümdə tarixində ilk dəfə çempionlar liqasının yarımfinalına yüksəlib.

Allsport.az saytı xəbər verir ki, 1/4 finalın cavab oyununda London klubu evdə “Sportinq Lissabon”la 0-0 heç-heçə edib və ilk oyunda 1-0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

Yarımfinalda “topçular” Marid “Atletiko”su ilə qarşılaşacaq. 2024/25 mövsümündə “Arsenal” bu mərhələdə sonuncu qalib PSJ-yə məğlub olub (0-1, 1-2).

Həmin kateqoriyadan