- Baxış sayı: 76
- 13 İyul 2026 13:30
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

“Lokomotiv” Moskva premyer liqanın 24-cü turunda evdə “Dinamo” Mahaçqalanı məğlub edə bilməyib. Allsport.az saytı xəbər verir ki, oyun 1:1 bitib.
Oyunçu karyerasına 2 liqa və 3 Rusiya kuboku titulunu daxil edən Vadim Yevseyevin məşqçisi olduğu qonaqlar ilk qolu vurublar.
Əsas vaxtın bitməsinə 3 dəqiqə qalmış Sezar Montesin qolu “dəmiryolçular”ı məğlubiyyətdən xilas edib. Meksikalı müdafiəçi ardıcıl 3-cü oyununda “Lokomotiv” üçün fərqlənib.