“Əks-hücumlardan daha çox qol buraxdıq”

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix, çempionlar liqasının 1/4 finalının 2-ci oyununda “Real” üzərində qazanılan 4-3 hesablı qələbəni şərh edib. Allsport.az saytı xəbər verir ki, Münhen komandası ümumi hesabla 6-4 qalib gəlib və yarımfinalda PSJ ilə qarşılaşacaq.

“Hər iki komandanın bir-birinə nə edə biləcəyini bilirdik: yüksək təzyiqli “Bavariya”, sürətli əks-hücumlarla “Real”. Pis başladıq, sonra isə cərimə zərbələrindən və əks-hücumlardan daha çox qol buraxdıq. İlk hissə gərgin keçdi, amma ikinci hissə daha sakit oldu. Yaxşı oynadıq və nəticədə qələbəni qazana bildik”, – almaniyalı futbolçu deyib.

Həmin kateqoriyadan