Hakimlər komitəsi “Jirona” ilə oyunda Mbappenin üzünə vurulan yumruq hadisəsi ilə bağlı qərar verib

İspaniya Kral Futbol Federasiyasının (RFEF) texniki hakimlər komitəsi (CTA) la liqanın 31-ci turunda “Jirona” ilə 1-1 hesablı heç-heçənin 88-ci dəqiqəsində “Real Madrid”in hücumçusu Kilian Mbappenin üzünə vurulan yumruqla bağlı qərar qəbul edib.

Allsport.az saytı xəbər verir ki, hakim Xavyer Alberola Rojas qayda pozuntusu hesab etməyib və ev sahibi komandaya penalti təyin etməyib. Yumruq Mbappenin qaşını kəsib.

Sitat: “Bu, şübhəli bir hərəkətdir. Müdafiəçi hücumçunun üzünə toxunur və demək olar ki, eyni vaxtda hücumçunun dayaq ayağı ilə başqa bir toxunuş baş verir. Bütün bunlar hərəkətin dinamikasından və ətalətindən irəli gəlir. Düzgün mövqe tutan və oyunu izləyən hakim matçı davam etdirmək qərarına gəlir”.

Həmin kateqoriyadan