Gənc hakimlər üçün təlim-seminar keçirilib

Gənc hakimlər üçün təlim-seminar keçirilib

Gənc basketbol hakimləri üçün iki günlük təlim-seminar təşkil olunub.

Allsport.az xəbər verir ki, seminar Azərbaycan basketbol federasiyasının (ABF) hakimlər kollegiyasının sədri, FİBA-nın milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Təlimdə ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimlik fəaliyyətinə yeni başlayan gənclər olub.

Seminar çərçivəsində basketbol qaydaları, ikili hakimlik mexanikası ilə bağlı nəzəri və praktik mövzular müzakirə edilib. İştirakçılar, həmçinin fiziki hazırlıq səviyyələrini müəyyənləşdirmək üçün testdən keçiblər.

Təlimin əsas məqsədi qarşıdakı mövsümlərdə uşaq-gənclər basketbol liqasına daha çox gənc hakimin cəlb olunmasıdır.

Sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla verən gənc hakimlər uşaq-gənclər basketbol liqasının oyunlarına təyinat almaq imkanı əldə edəcəklər.

Həmin kateqoriyadan