- Baxış sayı: 63
- 15 Noyabr 2026 19:13
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

NBA-də çıxış edən “Vaşinqton Uizards”ın basketbolçusu Trey Yanq “Hyuston Rokets”lə oyunda karyerasının antirekorduna imza atıb.
Allsport.az xəbər verir ki, “Vaşinqton”un doğma meydanda 119:147 hesabı ilə məğlub olduğu qarşılaşmada 28 yaşlı oyunçu heç bir xal toplaya bilməyib.
Bu, onun NBA-də keçirdiyi 512-ci matçda ilk belə göstəricisidir.
26 dəqiqə meydanda olan Yanq 5 meydan atışının heç birini dəqiq yerinə yetirə bilməyib. Onun üçxallıq atışlarının da hamısı uğursuz olub.
Trey Yanq görüşü 1 götürmə, 8 məhsuldar ötürmə, 2 top oğurluğu və 3 top itkisi ilə başa vurub.