“Kür” mübarizəni dayandırdı

“Kür” mübarizəni dayandırdı

Qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa kubokunda mübarizəni dayandırıb.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “VHC Çair” kollektivi ilə üz-üzə gəlib.

“Kür” olimpiya tədris-idman mərkəzində baş tutan matçda qonaq komanda qələbə qazanıb – 32:21. Bununla da Azərbaycan təmsilçisi EHF Avropa kuboku ilə vidalaşıb.

Tərəflər arasında ilk matçda da rəqib komanda qalib 27:24 gəlmişdi.

Həmin kateqoriyadan