Azərbaycan ev sahibliyi edəcək

Azərbaycan ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Allsport.az xəbər verir ki, bu barədə qərar noyabrın 20-də Hamburqda keçirilən FİBA Avropa idarə heyətinin iclasında qəbul olunub.

İclasda 2027-ci ildə təşkil ediləcək gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib. Qərara əsasən, U-20 oğlanlar arasında Avropa çempionatının “B” divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Bu, Azərbaycanın ilk dəfə həmin yaş qrupu üzrə qitə birinciliyinə ev sahibliyi etməsi olacaq. Yarışın ölkəmizdə təşkili beynəlxalq basketbol tədbirlərinin keçirilməsi baxımından da əlamətdar hadisədir.

Həmin kateqoriyadan