Amerikalı basketbolçu Nigeriyada saxlanıldı

Amerikalı basketbolçu Nigeriyada saxlanıldı

Amerikalı basketbolçu Damonte Kairi Qrin Nigeriyada 34 kiloqram marixuana ilə həbs edilib.

Allsport.az xəbər verir ki, 28 yaşlı idmançı noyabrın 11-də Laqos hava limanında saxlanılıb.

Taylanddan Dubay vasitəsilə Nigeriyaya gələn Qrinin baqajında narkotik vasitə aşkarlanıb. Basketbolçu iki qeydiyyatdan keçmiş çamadanını hava limanında qoyaraq yalnız əl yükü ilə ərazini tərk etməyə çalışıb.

Qrin Taylandda basketbol oynadığını və Nigeriyaya karyerasını davam etdirmək üçün əlaqələr qurmağa gəldiyini bildirib. Telefonunun araşdırılması zamanı isə onun narkotik dövriyyəsindən xəbərdar olduğunu göstərən məlumatlar aşkarlanıb.

Qrin son olaraq Taylandın “Pattani Raptors” klubunda çıxış edib.

Həmin kateqoriyadan