“Kür” Şimali Makedoniya klubuna məğlub olub

“Kür” Şimali Makedoniya klubuna məğlub olub

Qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa kubokunda növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, turnirin III təsnifat mərhələsində Şimali Makedoniyanın “VHC Çair” kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 24:27 hesabı ilə məğlub olub.

Qarşılaşma “Kür” olimpiya tədris-idman mərkəzində baş tutub.

Tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. “Kür” II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb – 40:18, 39:13.

Həmin kateqoriyadan