İlk qələbəsini qazandı

İlk qələbəsini qazandı

“Neftçi” basketbol komandası bu gün FİBA Avropa kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi “H” qrupunun VI turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edib.

Milli gimnastika arenasında baş tutan qarşılaşma saat 20:00-da başlayıb.

Təmsilçimiz rəqibini 84:80 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.

Həmin kateqoriyadan