NBA əfsanəsini qabaqladı

NBA əfsanəsini qabaqladı

NBA-da müntəzəm mövsümün növbəti oyunları keçirilib.

Allsport.az xəbər verir ki, Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Finiks Sans”ı 116:104 hesabı ilə məğlub edib.

Türkiyə millisinin üzvü 23 xal, 11 götürmə və 11 məhsuldar ötürmə ilə tripl-dabl edib.

Karyerasında 15-ci dəfə bu göstəriciyə imza atan Şəngün “Hyuston Rokets” tarixində ən çox tripl-dabl edən ikinci basketbolçu olub. O, bu göstəricidə əfsanəvi Hakim Olacuvonu geridə qoyub. Klubun rekordçusu isə 46 tripl-dabla Ceyms Hardendir.

Həmin kateqoriyadan