- Baxış sayı: 40
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 80
- Aprel 09, 2025
- 0
Macarıstanın paytaxtı Budapeştdə gənc sablyaçıların dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, qızlarda Nərminə Cəfərova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa adlayıb. O, 1/64 finalda Rusiya idmançısı Anna Korolyovaya 12:15 hesabı ilə uduzub. Digər sablyaçımız Aysel Əhədova qrupda keçirdiyi 6 görüşdə 4-də qalib gəlib. Təmsilçimiz 1/64 finalda İtaliya təmsilçisi Klaudia Rotiliyə 3:15 məğlub olub.
Öğlanlarda Cavanşir Ağakişiyev qrup mərhələsi çərçivəsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. O, 1/64 finalda Almaniya idmançısı Ralf Rommelspaçerə 12:15 yenilib.