- Baxış sayı: 44
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
G1 və mükafat yarışlarında uğurlu çıxış edən Milad Hərçəqani (80 kq) ötən ilin sonunda əməli olaraq Tokio olimpiadasına vəsiqə qazandı. Olimpiya mükafatçısı, 2-qat dünya və Avropa çempionu olan 29 yaşlı taekvondoçu hazırlığının zirvəsində dünyanı bürüyən məlum “taclı bəla” səbəbdən məşqləri dayandırmaq məcburiyyətində qaldı. Allsport.az saytına açıqlamasında güneyli idmançımız bildirdi ki, indi əsas hədəfi evdə qalıb qorunub və yeni dönəm üçün güc toplamaqdır:
“Əslim Arazın o tayından olduğu üçün, daim internetdən ordakı durumla da maraqlanıram. İranda sərt karantin rejimi başlayıb. Bu, ölkənin bütün şəhərlərinə aid. Nəinki küçədə piyada gəzmək, şəxsi maşınla da çıxmaq yasaqlanıb. Mən isfahanlıyam. Doğmalarımla tez-tez danışıram. Hamı ehtiyatlıdır”.
Milli üzvü Tokio oyunlarının gələn ilə təxirə salınmağına da münasibət bildirib. O deyib ki, baş verən proses hamıya təsir edəcək: “Əslində, fərq etməz, olaylar hər sahəyə sirayət edəcək. Əsas dünyanın bu bəladan qurtulmasıdır, sonra olimpiada haqda düşünmək olar. İndi karantindəyik, vəziyyət düzələn kimi məşqləri bərpa edəcəyik.
Hazırlığımız yaxşıydı, yarışlara yollanıb lazımi formanı yığmışdıq. Koronavirus təbili çalınandan sonra, çalışmalarımız istər-istəməz azaldı və tədricən formanı itirdik. Normalda gündə 2 dəfə məşq keçirdik. İndi olimpiadaya 15 ay var. Allahın köməkliyi ilə vəziyyət düzəldikcə, biz də toplanışı bərpa edəcəyik, hazırlıq üzrə yeni planlar quracağıq”.