- Baxış sayı: 35
- 11 Noyabr 2026 13:49
- Baxış sayı: 330
- Noyabr 09, 2026
- 0

Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Əhmədxan Kazımbetovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.
Allsport.az xəbər verir ki, memorialda U-17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb.
Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıb.