- Baxış sayı: 56
- 11 Noyabr 2026 14:09
- Baxış sayı: 329
- Noyabr 09, 2026
- 0

Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, ənənəvi yarışda U-20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə qalxıb.
77 kq-da baş tutan Azərbaycan finalında qardaşı Cavad Məmmədova 3:1 hesabıyla qalib gələn Davud Məmmədov çempion olub. Belədə Cavad gümüş medala sahib çıxıb.